İxtisaslı psixoloji və psixiatriya yardımı üçün müraciət etmək hələ də cəmiyyətdə sual doğuran və tərəddüd edilən bir vəziyyət hesab olunur. “Patrulaz” xəbər verir ki, bu fikirlər Ombudsman yanında “Psixi sağlamlıq və insan hüquqları” sahəsində İşçi Qrupun tərəfindən aparılmış ictimai rəy sorğusunun və sosial şəbəkələrin monitorinqinin nəticələrində əks olunub.
Qeyd edilib ki, sorğuda iştirak edənlər bu sahə üzrə mütəxəssislərə müraciət etməyi bir sıra hallarda “arzuedilməz” hal kimi nəzərdən keçirdiklərini etiraf edərək ailə üzvləri, həmkarları, qonşuları tərəfindən qınanmaqdan, onlara “dəli”, ”ruhi xəstə” kimi damğa vurulacağından ehtiyat etdiklərini, nəticə etibarilə bunun onların şəxsi həyatı və karyeralarına mənfi təsirindən qorxduqlarını bildiriblər.


Bənzər xəbərlər