““Qarabağ”da müəyyən qədər eniş oldu. Düşünürəm ki, “Qarabağ” hazırda bütün fikrini premyer liqaya yönləndirib və növbəti mövsüm üçün heyətini qurmağı düşünür”.

Bu sözləri “Patrulaz”a açıqlamasında futbol eksperti Arif Əsədov deyib.


O bildirib ki, Kady Borgesin komandaya geri qayıtması müsbət haldır:

“Çünki brazilyalı futbolçu “Qarabağ”a tanış simadır və burada parlayıb, yaxşı transfer qiymətinə başqa kluba keçib. Kady üçün də yenidən “Qarabağ”da performansını göstərmək müsbət olacaq. Fikrimcə ki, Kady “Qarabağ”ın gücünə güc qatacaq”.


Bənzər xəbərlər