Keçmiş məcburi köçkünlərin daha bir qrupu Ağdamın Xıdırlı kəndinə köçürüldü
Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə mərhələli şəkildə əhalinin qayıdışı davam edir.
Patrulz.az xəbər verir ki, növbəti mərhələdə daha 58 ailə, ümumilikdə 225 nəfər Ağdam rayonunun Xıdırlı kəndinə köçürülüb.
Köçürülən ailələrin bölgələr üzrə bölgüsü aşağıdakı kimidir:
Bakı şəhərindən – 20 ailə (76 nəfər),
Bərdə rayonundan – 17 ailə (68 nəfər),
Ağdam rayonundan – 8 ailə (36 nəfər),
Mingəçevir şəhərindən – 5 ailə (16 nəfər),
Yevlax rayonundan – 3 ailə (10 nəfər),
Qəbələ rayonundan – 1 ailə (5 nəfər),
Oğuz rayonundan – 1 ailə (5 nəfər),
Ağcabədi rayonundan – 1 ailə (4 nəfər),
Abşeron rayonundan – 1 ailə (3 nəfər),
Ağdaş rayonundan – 1 ailə (2 nəfər).
Beləliklə, bu günədək Xıdırlı kəndinə ümumilikdə 188 ailə (737 nəfər) köçürülüb.
Qeyd edək ki, köçürülmə prosesi Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən həyata keçirilir və köçürülən ailələr üçün kənddə müasir infrastruktur, yaşayış evləri və zəruri sosial obyektlər yaradılıb.






