media-3a92fcf4-e5a7-35eb-9b71-1e26a8997d33_850

“Kəpəz”in yarımmüdafiəçisi Şervoni Mabatşoev qarşıdakı iki oyun üçün Tacikistan millisinə çağırılıb.

Bu barədə Patrulaz.az-a Gəncə klubunun mətbuat xidmətindən məlumat verilib.

Tacikistan komandası əvvəlcə martın 20-də Belarusla yoxlama matçı keçirəcək. Bundan 5 gün sonra isə Asiya Kuboku-2027-nin seçmə mərhələsində Timor-Leste ilə qarşılaşacaq.

Hər iki görüş Düşənbə şəhərində baş tutacaq.


Bənzər xəbərlər