media-inshot_20260202_151659394

İspan rep musiqisinin tanınmış sənətçilərindən olan reper Delaossa Madriddəki konsertində bədbəxt hadisə ilə üzləşib.

Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, konsertin əvvəlində yuxardan aşağıya enərək şou göstərməyə çalışan repçinin təhlükəsizlik kəməri qırılıb. Bununla da sənətçi 20 metr yüksəklikdən yıxılıb.

Hadisə nəticəsində zalda böyük çaxnaşma yaşanıb və konsert qısa müddətə dayandırılıb.

Qəzadan sonra tibb işçiləri dərhal reperə müdaxilə edərək onun vəziyyətinin yaxşı olduğunu, sadəcə çiyninin çıxdığını müəyyən ediblər. Müğənninin qoluna sapand taxılaraq ona ağrıkəsici iynə vurulub.

Reper Delaossa isə qolundan zədələnməsinə baxmayaraq, konsertini davam etdirib.

Qeyd edək ki, sənətçinin 2025‑ci ildə çıxardığı “Still Luvin” mahnısı İspaniyada “Top 100 siyahısında 1‑ci yerə çıxıb. Reper yalnız İspaniyada deyil, Latın Amerikası, Meksika, Çili, Argentina kimi ölkələrdə səhnələrə çıxıb.

media-inshot_20260202_152508655
Reper Delaossa

Bənzər xəbərlər