media-inshot_20251219_114313477

Son günlərdə “körpələrə yardım”, “təcili əməliyyata pul lazımdır” adı ilə camaatın pulunu ələ keçirən dələduzların sayı artıb. 

Bu cür fırıldaqçılıqla məşğul olan şəxslərə nə qədər cəza verilir? Qanunvericilikdə bu hallar necə tənzimlənir?

Patrul.az mövzu ilə bağlı vəkil Rəşad Əliyevə müraciət edib.

O bildirib ki, əgər vətəndaşlara qarşı hər hansı formada dələduzluq əməli baş veribsə, hüquq-mühafizə orqanları müvafiq araşdırma ilə dəymiş zərərin məbləğinə uyğun olaraq əməli torətmiş şəxsin məsuliyyətə cəlb edilməsini təmin edir:

“Belə ki, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə həm inzibati, həm də cinayət məsuliyyətinə səbəb olur. Əgər ələ keçirilən məbləğ 500 manatdan azdırsa, bu, inzibati xəta hesab edilir və İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə məsuliyyət yaradır.

Ələ keçirilən əmlak 500 manatdan yuxarı olduqda cinayət məsuliyyəti nəzərdə tutulur və məbləğdən asılı olaraq Cinayət Məcəlləsinin 178-ci maddəsinin müvafiq bəndləri ilə cinayət işi başlanılır”.

media-img-20251219-wa0010

Vəkilin sözlərinə görə, zərərçəkmiş şəxs həm istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı mülki iddia verə bilər:

“Məhkəmə şəxsin cinayət əməlinə hüquqi qiymət verir, yəni onun barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada cəza tətbiq edir, həm də mülki iddia əsaslıdırsa, məbləğin zərərçəkmişə geri qaytarılması ilə bağlı qərar çıxarır. Dələduzluq edən şəxs həbs olunsa belə, onun zərərçəkmişin borcunu ödəmək öhdəliyi aradan qalxmır. Həbsdən çıxdıqdan sonra da borcu ödəməlidir. Məhkəmə qərarını icra etməsə, buna görə də ayrıca məsuliyyət daşıyacaq.

Zərərçəkmiş şəxsə dəymiş zərər ödəndikdə və tərəflər araında barışıq əldə edildikdə təqsirləndirilən şəxs məsuliyyətdən azad oluna bilir: “İstintaq və ya məhkəmə dövründə dəymiş ziyanı ödəyirsə, eyni zamanda məbləğ xeyli miqdardırsa, 25%-i, külli miqdardırsa, 50%-i qədər dövlət nəfinə pul ödəyirsə, məsuliyyətdən azad edilə bilir. Əks halda, onun cəzası təyin olunur, cəzasını çəkməlidir”.

Ləman Sərraf


Bənzər xəbərlər