media-1782974056_1-1

İyulun 1-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Yevlaxa səfəri çərçivəsində “Gənc arıçı” layihəsinin iştirakçısı Süleyman Süleymanovun ailəsini ziyarət edib.

Patrul.az xəbər verir ki, Leyla Əliyeva gənc arıçının ailə üzvləri ilə səmimi söhbət edib, onların yaşayış şəraiti, arıçılıq sahəsindəki fəaliyyəti, əldə etdikləri ilk nəticələr və gələcək planları ilə yaxından maraqlanıb, həmçinin təsərrüfatda pendirin hazırlanması prosesində iştirak edib, ailəyə hədiyyələr təqdim edib.

Görüş zamanı “Gənc arıçı” layihəsi çərçivəsində yaradılmış arıçılıq təsərrüfatı, arı ailələrinin saxlanılması, bal istehsalı və təsərrüfatın gələcək inkişaf imkanları barədə məlumat verilib.

Ailə göstərilən diqqət və dəstəyə görə Leyla Əliyevaya minnətdarlıir.ğını bildirib, ona arıçılıq məhsulları hədiyyə edib.

Xatırladaq ki, layihə iştirakçısı Süleyman Süleymanov 44 günlük Vətən müharibəsi və antiterror tədbirlərində iştirak edib. O “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

Qeyd edək ki, 2021-ci ildən IDEA İctimai Birliyinin təşəbbüsü, Azərbaycan Respublikasının Gənclər Fondu, Dövlət Məşğulluq Agentliyi və “ABAD” publik hüquqi şəxsin tərəfdaşlığı ilə həyata keçirilən “Gənc arıçı” layihəsinin məqsədi biomüxtəlifliyin qorunmasına töhfə vermək, arıçılığın ekosahibkarlıq istiqaməti kimi inkişafını təşviq etmək, təbii bal istehsalını dəstəkləmək və gənc ailələrin maddi rifahının yaxşılaşdırılmasına kömək göstərməkdir.

media-42e93477-7461-4821-a03e-194c8994b0be media-982daf17-1602-42c3-ab70-29bddca34de5 media-75fc3eb2-3d46-4cb0-80ee-3560537d7669 media-4a24a337-d3da-46a7-9330-f9b8009eca6a media-4c003640-ba7b-4e89-a67e-47719e2d1d83 media-72d3b83a-05ae-41b9-9785-cb7111239586 media-db965e75-0cc2-4fc5-a22e-d3f14ffe3710 media-cba508b8-479b-449d-85ac-59d283d0dcd8


Bənzər xəbərlər