media-inshot_20251003_182416358

Son illərdə Azərbaycanda kredit borcları ilə bağlı müxtəlif məhkəmə çəkişmələri və hüquqi məhdudiyyətlər gündəmə gəlir. Xüsusilə də borcluya zamin duran şəxslərin məsuliyyət daşıyıb-daşımaması və onların hüquqlarına hansı məhdudiyyətlərin tətbiq edilə biləcəyi tez-tez müzakirə olunur.

Bəs kreditə görə zamin duran şəxsin ölkədən çıxışına da qadağa qoyula bilərmi?

Kibertəhlükəsizlik üzrə ekspert Elvin Abbasov bu barədə Patrulaz.az-a açıqlamasında bildirib ki, ölkədən çıxışa qadağa yalnız məhkəmə qərarı ilə mümkündür və həm borc alan, həm də zamin eyni məsuliyyəti daşıyır:

media-ilv3eax

“Zaminlik mexanizmi Azərbaycan Mülki Məcəlləsinə əsasən işləyir. Əgər borcalan kredit öhdəliyini yerinə yetirmirsə, bank və ya kreditor ödənişi tələb etmək üçün zaminə müraciət edə bilər. Bu zaman zamin əsas borcalanla birlikdə cavabdehlik daşıyır.

Ölkədən çıxışa qadağa məsələsinə gəldikdə isə, bu yalnız məhkəmə qərarı ilə mümkündür. Kreditor məhkəməyə müraciət etdikdə, borcun ödənilməməsi sübuta yetirilərsə, həm borcalanın, həm də zaminin ölkədən çıxışına məhdudiyyət qoyula bilər. Bu, “İcra haqqında” Qanunun və müvafiq məhkəmə qərarlarının tətbiqi ilə həyata keçirilir. Burada vacib məqam odur ki, təkcə kredit götürən yox, həm də zamin qanun qarşısında eyni öhdəliyi daşıyır. Əgər borc uzun müddət ödənilməzsə və icra prosesinə başlanarsa, zaminin də hüquqi məsuliyyəti aktivləşir”.

Nəticə etibarı ilə, borcalanın kredit öhdəliyini yerinə yetirməməsi halında həm borcalan, həm də zamin qanun qarşısında birlikdə məsuliyyət daşıyır və məhkəmə qərarı ilə ölkədən çıxışlarına məhdudiyyət qoyula bilər.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər