media-inshot_20251105_190946312

Noyabrın 5-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva 25-ci Yubiley Arıçılıq Məhsullarının Ənənəvi Respublika Sərgi-Satış Yarmarkasını ziyarət ediblər.

Patrul.az xəbər verir ki, ziyarət zamanı Leyla Əliyeva və Arzu Əliyeva stendlərə baxış keçirib, arıçıların təqdim etdikləri müxtəlif növ bal və arıçılıq məhsulları ilə maraqlanıb, istehsal prosesi, keyfiyyət göstəriciləri barədə məlumat alıblar. Onlar arıçılarla mövsümi məhsuldarlıq və satış imkanları barədə səmimi söhbət edib, xatirə şəkilləri çəkdiriblər.

Qeyd edək ki, yarmarkada bu il 43 regiondan 280-dən çox fermer iştirak edir. IDEA İctimai Birliyinin təşəbbüsü ilə gənclər arasında ekoloji sahibkarlığın təşviqi məqsədilə həyata keçirilən “Gənc arıçı” layihəsinin iştirakçıları yarmarkada fəal şəkildə iştirak ediblər. Yarmarkaya 4 “Gənc arıçı” ailəsi tərəfindən ümumilikdə, 1128 kiloqram bal təqdim edilib.

Xocalı rayonunda fəaliyyət göstərən “Güllü Yaylaq” arıçı kooperativi yarmarkada ilk dəfə təmsil olunub. Kooperativin yaradıcısı – Xocalı rayonunun Ballıca kəndindən olan Qənirə Əsədova uzun illərdir arıçılıqla məşğuldur. Kooperativin məqsədi qadınların kənd təsərrüfatında məşğulluğunu artırmaq, yerli arıçılıq ənənələrini qorumaq və ekoloji cəhətdən təmiz məhsulların istehsalını təşviq etməkdir. Hazırda “Güllü Yaylaq” kooperativi 5 üzvdən ibarətdir və yarmarkaya 6 növ arıçılıq məhsulu daxil olmaqla 400 kiloqram məhsul təqdim edib.

Həmçinin Leyla Əliyevanın təşəbbüsü ilə bu ilin sentyabrında Kəlbəcər rayonunda keçirilmiş “Kəlbəcər bal festivalı 2025”in iştirakçıları yarmarkada məhsullarını təqdim ediblər.

Xüsusi vurğulanmalıdır ki, Prezident İlham Əliyevin çıxışlarında Kəlbəcər balına göstərdiyi diqqət və dəstək bu bölgənin balının keyfiyyətinə və tanınmasına verilən ən yüksək dəyərin göstəricisidir. Bu gün Kəlbəcər balı öz təbii xüsusiyyətləri və keyfiyyəti ilə seçilərək, Azərbaycanın milli brendlərindən birinə çevrilməkdədir.

Qeyd edək ki, yarmarkada 100 tondan çox bal və 15 növdən çox müxtəlif arıçılıq məhsulu satışa çıxarılıb.

media-690b6417b2ee7690b6417b2ee81762354199690b6417b2ee5690b6417b2ee6 media-690b6417bee1a690b6417bee1b1762354199690b6417bee18690b6417bee19 media-690b6417ca2b8690b6417ca2b91762354199690b6417ca2b6690b6417ca2b7 media-690b6417d499f690b6417d49a01762354199690b6417d499d690b6417d499e media-690b6417de8fd690b6417de8fe1762354199690b6417de8fa690b6417de8fc media-690b6417e6faa690b6417e6fab1762354199690b6417e6fa8690b6417e6fa9 media-690b6417f0ea4690b6417f0ea51762354199690b6417f0ea2690b6417f0ea3 media-690b6418090c3690b6418090c41762354199690b6418090c1690b6418090c2 media-690b641813730690b6418137311762354199690b64181372e690b64181372f media-690b64181e992690b64181e9931762354199690b64181e990690b64181e991 media-690b6418294fc690b6418294fd1762354199690b6418294fa690b6418294fb media-690b6418357a4690b6418357a51762354199690b6418357a2690b6418357a3


Bənzər xəbərlər