media-inshot_20250822_223633965

Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, Zəngəzur dəhlizi Ermənistan və Azərbaycan arasında əlaqəni gücləndirən strateji layihədir və heç kim onun həyata keçirilməsinə mane ola bilməz.

Patrulaz.az xarici KİV-lərə istinadla verdiyi məlumata görə, Lukaşenko qeyd edib ki, Ermənistan üçün Azərbaycanla əlaqə yaratmaq çox vacib idi. O, ABŞ Prezidenti Donald Trampı Azərbaycan və Ermənistan arasında sülh sazişinin təşəbbüskarı kimi təbrik etdiyini söyləyib.

“Trampa bildirdim ki, Azərbaycanla Ermənistanı yaxşı fürsət tapıb danışıqlar masasına oturtdunuz”, – deyə Belarus lideri əlavə edib.

Lukaşenko Zəngəzur dəhlizinə İranın münasibətinə də toxunub: “Təbii ki, İranın xoşuna gəlmir, çünki sərhəddədir. Amma buna heç kim müqavimət göstərə bilməz. ABŞ bu dəhlizin Ermənistan ərazisindən çəkilməsinə kömək edəcək. Beləcə, Azərbaycan öz əraziləri ilə təkcə hava yolu ilə birləşməyəcək”.


Bənzər xəbərlər