media-img_7889

Macarıstanın baş naziri Viktor Orbanın partiyası Fidesz, LGBT yürüşlərinin uşaqlar üçün zərərli ola biləcəyini əsas gətirərək qadağan edən qanun layihəsini parlamentə təqdim edib.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, qanun layihəsi 27 əleyhinə 136 səslə qəbul edilib. Müxalif Momentum partiyasının millət vəkilləri reaksiya olaraq salonda rəngli məşəllər yandırıblar.

Orbanın Fidesz partiyası və onun azlıqdakı koalisiya ortağı Xristian Demokratlar tərəfindən dəstəklənən qanun uşaqların müdafiəsi qanunvericiliyini pozan tədbirlər təşkil etməyi və ya iştirak etməyi cinayət hesab edir və uşaqlara homoseksuallığın təbliğini qadağan edir. Qanuna görə, qadağan olunmuş tədbirdə iştirak edənlər 200 min forintə (546 dollar) qədər cərimə olunacaqlar. Səlahiyyətlilər, həmçinin qadağan olunmuş tədbirdə iştirak edən insanları müəyyən etmək üçün üz tanıma sistemlərindən istifadə edə biləcəklər.


Bənzər xəbərlər