media-9eb8da98-0934-48fe-b80c-3ec59cc60192

Fransa prezidenti Emmanuel Makron Fələstin dövlətinin tanınması ilə bağlı tarixi qərarın iyun ayında verilə biləcəyini açıqlayıb.

Patrulaz.az “The Guardian”a istinadən xəbər verir ki, Makron bu barədə Fransanın yerli yayımçısına müsahibəsində danışıb. O, qeyd edib ki, iyun ayında Fransanın Səudiyyə Ərəbistanı ilə birgə keçirəcəyi konfrans zamanı Parisin tanınma qərarı, İsraili rəsmi şəkildə tanımayan digər dövlətləri də bu addımı atmağa təşviq edə bilər.

“Biz tanınma istiqamətində irəliləməliyik və bunu yaxın aylarda edəcəyik”, – deyə Makron bildirib.

O əlavə edib ki, bu qərarı siyasi kompromis naminə deyil, ədalət naminə verəcək: “Mən bunu birlik, yaxud kimisə razı salmaq üçün etmirəm. Mən bunu ona görə edirəm ki, bu nə vaxtsa ədalətli olacaq”.

Xatırladaq ki,Makronun bu çıxışı İsrailin Qəzza zolağında hərbi əməliyyatları bərpa etməsindən və bölgəyə humanitar yardımın çatdırılmasının dayandırılmasından sonra baş verib.

Qeyd edək ki, Makronun açıqlamaları İsraildə sərt reaksiya doğurub.

Gülbəniz Səfərova


Bənzər xəbərlər