media-dsc-3174

Medianın İnkişafı Agentliyi, Audiovizual Şura və Mətbuat Şurasının nümayəndələri 22 iyul – Milli Mətbuat Günü ilə əlaqədar Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edib.

Patrul.az xəbər verir ki, Ulu Öndərin abidəsi önünə əklil qoyulub və gül dəstələri düzülüb.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Eyni zamanda, Azərbaycan milli mətbuatının banisi, “Əkinçi” qəzetinin naşiri və baş redaktoru, görkəmli ictimai xadim və maarifpərvər ziyalı Həsən bəy Zərdabinin məzarı ziyarət olunub.

Onun ruhuna ehtiram əlaməti olaraq məzarının önünə əklil və tər güllər qoyulub, böyük mütəfəkkirin əziz xatirəsi yad edilib.

media-rn-7152 media-rn-7142 media-dsc-3262 media-rn-6990 media-dsc-3196 media-rn-7469 media-rn-7473 media-rn-7455 media-rn-7213 media-rn-7268 media-rn-7408 media-rn-7334


Kateqoriyasız