media-inshot_20251028_172704071

Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İxtisasartırma Proqramının birgə təşkilatçılığı ilə media nümayəndələri üçün keçirilən “Süni intellektin mediada tətbiqi” mövzusunda iki günlük seminar yekunlaşıb.

Patrulaz.az xəbər verir ki, bu barədə MEDİA məlumat yayıb.

Proqramın ikinci günündə media nümayəndələri süni intellekt texnologiyalarının informasiya istehsalında, məlumatların emalında və generativ məzmunun hazırlanmasındakı rolu barədə məlumat alıblar.

Sessiyalar Rəqəmsal marketinq və kütləvi kommunikasiyalar üzrə dosent, Neyroelmlər Laboratoriyasının rəhbəri, tanınmış alim Dr. Nikolas Hamelin tərəfindən keçilib, iştirakçılarla interaktiv müzakirələr aparılıb.

Seminar zamanı süni intellektin media sektorunda operativlik, analitika və məzmun istehsalı istiqamətində yaratdığı imkanlar, həmçinin rəqəmsal transformasiyanın gətirdiyi çağırışlardan bəhs edilib.

Qeyd olunub ki, belə təşəbbüslər jurnalistlərin peşəkar inkişafına, innovativ texnologiyaların mediada məsuliyyətli tətbiqinə və informasiya mühitinin keyfiyyətinin yüksəlməsinə töhfə verir.

media-kjxhzntospa56iwai0ljpo8ifyx5qzk3c3svzf1m media-twggaawl9kk2y2ssl2fyhoo0gxd03e212tto7iae media-lsis6hecf12nbvicg80qmzdrvmemiznzd4nelmhp media-olwpey82kalny5r5h7nqszidgdrgx8jg4xl926nh media-zug7fvuxnkhbt5onla6gsneohdkoyttsaftquygq media-qan818erj41jqmuksfdvgssbtl4oldhrvucgmo3k media-rtnxzgkso6qomgsmgotmdgjhh3js59l0dvomfie5 media-media-suni-intellektin-mediada-tetbiqi-movzusunda-seminar-kechirib


Bənzər xəbərlər