Mehriban Xanlarova “AzDrama”dan getdi
Əməkdar artist Mehriban Xanlarova Akademik Milli Dram Teatrındakı işindən azad edilib.
Patrul.az xəbər verir ki, bu haqda aktrisa sosial şəbəkə hesabında məlumat yayıb.
O bildirib ki, teatrın direktoru İlham Əsgərov tərəfindən işdən azad edilib.
Qeyd edək ki, M.Xanlarova bir neçə gün öncə ərizəsini nümayiş etdirərək, teatrdan getmək istədiyini yazmışdı.






