"Mən onlara iman gətirdim, cənnətə getməyə layiqəm" - Tramp
“Mən Amerikaya iman gətirdim. Cənnətə getməyə layiqəm”.
Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp qoşulduğu dini məzmunlu proqramda deyib.
Tramp prezidentliyi dövründə ölkəsindəki dini dəyərlərin yenidən gücləndiyini deyərək, buna görə də yerinin “cənnət” olmalı olduğunu vurğulayıb.
Onun bu ifadəsi zalda təəccüb doğurub.
Qeyd edək ki, bundan əvvəl də ABŞ lideri tez-tez bir çox münaqişəli ölkələr arasında sülh yaratdığını, buna görə də Nobel Sülh Mükafatına layiq görülməli olduğunu vurğulayıb.
Gülbəniz Səfərova






