media-img_8529

Nepalda son iki gündür davam edən meşə yanğınında 4 nəfər ölüb, 3 nəfər yaralanıb.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Nepalın şərqindəki Panchthar rayonunda iki qadın müalicə üçün Katmanduya gedərkən yanıq xəsarətlərindən ölüb. Yerli polis bildirir ki, qadınlar yem yığarkən meşə yanğınına düşüblər. Polis digər üç nəfərin isə müalicə aldığını açıqlayıb.

Nepalın mərkəzi Palpa bölgəsində isə növbəti meşə yanğınını söndürməyə çalışan şəxs ötən gecə dünyasını dəyişib. Eyni ərazidə daha bir nəfər yanğını söndürməyə çalışarkən uçurumdan yıxılaraq ölüb.


Bənzər xəbərlər