media-img_7893

ABŞ-da məşhur Hollivud rejissoru Karl Erik Rinş serial çəkəcəyini iddia edərək “Netflix”i 11 milyon dollar dəyərində aldatmaqda ittiham edilərək həbs edilib.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, prokurorluğun hazırladığı ittiham aktına görə, “Netflix” istehsalı davam edən “White Horse” adlı serialı almaq üçün 2018-2019-cu illərdə Rinşa 44 milyon dollar ödəyib. Bununla belə, Rinş serialı tamamlamaq üçün “Netflix”dən əlavə 11 milyon dollar istəyib. Lakin Rinş “Netflix”dən aldığı 11 milyon dolları serialın çəkilişlərini tamamlamaq üçün istifadə etmək əvəzinə şəxsi hesabına köçürüb.

Bu pulla kriptovalyuta və lüks avtomobillər aldığı iddia edilən 47 yaşlı direktor fırıldaqçılıq, çirkli pulların yuyulması və qeyri-qanuni fəaliyyətlərdən gəlir əldə etmək ittihamları ilə dünən Kaliforniyada həbs edilib.


Bənzər xəbərlər