Meydana atəşfəşanlıq atdı, qapıçını yaraladı - özü isə 3 barmağını itirdi
İtaliya A Seriyasında keçirilən “Kremoneze” – “İnter” oyunu gözlənilməz hadisə səbəbindən müvəqqəti dayandırılıb.
Patrul.az xəbər verir ki, matçın dayanmasına tribunadan meydana atılan atəşfəşanlıq səbəb olub. Hadisə zamanı “İnter”in qapıçısı Emil Audero xəsarət alıb.
Məlumata görə, azarkeşlər tərəfindən meydana iki dəfə atəşfəşanlıq atılıb. İlk hadisə zamanı partlayış Auderonun ayağından zədələnməsinə səbəb olub. İkinci cəhddə isə atəşfəşanlığı meydana atmağa çalışan azarkeşin əlində partlayış baş verib. Nəticədə həmin şəxs üç barmağını itirib.
Hadisə zamanı stadionda panika yaranıb və matç bir müddətliyə dayandırılıb. Qapıçı Emil Audero isə aldığı zədəyə baxmayaraq oyunu sona qədər davam etdirib.
Qeyd edək ki, ağır xəsarət alan azarkeş xəstəxanaya yerləşdirildikdən sonra hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.






