Meyitdən götürülən orqanların istifadəsi düzgündürmü? - Həkim AÇIQLADI
Azərbaycanda ilk dəfə olaraq 22 yaşlı qıza dünyasını dəyişən şəxsin qaraciyəri köçürülüb. Hadisə ölkədə orqan transplantasiyası sahəsində mühüm addım kimi dəyərləndirilir. Tibbi mənbələr bildirir ki, bu cür əməliyyatlar həm xəstələrin həyatını xilas edir, həm də donorluq mədəniyyətinin formalaşmasına töhfə verir.
Bəs, meyitdən götürülən orqanın insana köçürülməsi nə dərəcədə düzgündür?
Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Aydın Əliyev bu barədə Patrulaz.az-a açıqlamasında bildirib ki, orqan əsasən sağlam insanlardan köçürülür, lakin istisna hallarda ölən şəxsin hər hansı orqanı sağlamdırsa, köçürülməsi mümkündür:

“Məsələ belədir ki, qaraciyər köçürülməsi və ya digər orqan köçürülməsi sağlam insanlardan sağlam adamlara həyata keçirilir. Elə insanlar var ki, vəfat etdikdən sonra orqanlarının başqa insanlara köçürülməsinə icazə verirlər. Təbii ki, bu icazə verildikdən sonra meyitdən götürülən orqanlar yoxlanılır, analizdən keçirilir. Əgər həmin orqanın sağlamlığı və öz funksiyalarını yerinə yetirmə qabiliyyəti varsa, onda köçürülməsinə icazə verilir”.
Cəmilə Cəfərzadə






