media-inshot_20260430_162439718

Bakıda yerləşən Milli Onkologiya Mərkəzində partlayış baş verməsi ilə bağlı məlumat yayılıb.

Patrul.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə nəticəsində orada olan xəstələrdən Mübariz Əliyev həyatını itirib, bir həkim isə xəsarət alıb.

Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin sektor müdiri Ehtiram Xəlilov bildirib ki, hadisə ilə bağlı nazirliyə hər hansı çağırış daxil olmayıb.

Qeyd edək ki, partlayış nəticəsində xəsarət alan Şüa-diaqnostika şöbəsinin həkim-radioloqu Asif Nəsirlinin fotosu sosial şəbəkələrdə yayılıb.

media-qnq1g9chtesbaj7qarlcfgwc6s3mjxduldhuasym_640_1777550934


Bənzər xəbərlər