media-c842d858-4f62-44c2-8663-6b415b8032d1

Son günlərdə “Minecraft” filminin kinoteatrlarda nümayişi zamanı gənc tamaşaçılarda qeyri-adi davranışlar müşahidə olunub.

Patrulaz.az “xarici KİV”ə istinadla xəbər verir ki, sosial mediada yayılan “Chicken Jockey” adlı TikTok çağırışı nəticəsində yeniyetmələr filmin müəyyən səhnələrində yüksək səslə qışqırır, popkorn və içkilər atırlar. Bu da işçilərin ortalığı təmizlənməsinə və bəzən də polislərin çağırılması ilə nəticələnir.

Misal olaraq, ABŞ-nin New Jersey ştatındakı Township Theatre kinoteatrı 5 aprel tarixində bir qrup nəzarətsiz yeniyetmənin vandalizmi və digər pozucu hərəkətləri ucbatından “Minecraft” filminə baxmasını qadağan edib.

Kinoteatr rəhbərləri tamaşaçılardan kinoteatr qaydalarına əməl etməyi və sosial media çağırışlarına uymamağı xahiş edirlər. Böyük Britaniyanın Fareham şəhərindəki Reel Cinema kinoteatrı qaydaları pozanların zaldan çıxarılacağını və polisin müdaxilə edə biləcəyini bildirən elanlar yerləşdirib.

Xatırladaq ki, “Minecraft” filmi 4 aprel 2025-ci ildə ABŞ-də kinoteatrlarda nümayiş olunmağa başlayıb və ilk həftəsonunda 163 milyon dollar gəlir əldə edərək video oyun adaptasiyaları arasında ən yüksək açılış həftəsi nəticəsini göstərib.

Gülbəniz Səfərova


Bənzər xəbərlər