media-08c10b01-040c-42c5-9fb3-5b24162e5eb8

Patrul.az redaksiyasına daxil olan videogörüntüdə Mingəçevir şəhərinin Sağ Sahil deyilən ərazisində naməlum şəxslərin küçədəki itləri torbalara yığıb 45-AC-582 dövlət nömrə nişanlı zibil maşınına atması əks olunub.

Kadrlarda hadisəni qeydə alan şəxs bildirib ki, sözügedən şəxslərin itləri yığmaqda məqsədi onları kütləvi şəkildə yandırmaq olub. İddialara görə, həmin şəxslərin əlində benzin qutuları da olub.

Bundan əlavə, Məscid parkı ərazidə naməlum səbəbdən ölmüş itlərin cəsədlərinə də rast gəlindiyi bildirilir.

Kadrlarda həmçinin kommunal xidmət əməkdaşının zibil maşının arxa hissəsindəki itə əlindəki dəyənəklə zorakılıq etməsi görüntülənib.

Qeyd edək ki, baş verənlərin hansı səbəbdən edildiyi hələlik məlumumuz deyil.

Patrul.az-ın əldə etdiyi məlumata görə, görüntülərlə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.

Gülbəniz Səfərova


Bənzər xəbərlər