media-img_0470

Bir neçə gün əvvəl sosial şəbəkələrdə yayılan videogörüntülərdə “Mirzəzadə Beauty Center” adlı gözəllik salonu ilə bağlı iddialar səsləndirilib. Belə ki, salonun reklam çarxlarında göstərilən xidmətlərin daha aşağı qiymətə təklif olunduğu, lakin müştərilər salona müraciət etdikdə qarşılarına daha yüksək məbləğlərin çıxarıldığı iddia edilib.

Sözügedən görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Patrul.az məsələni dəqiqləşdirmək və qarşı tərəfin mövqeyini öyrənmək məqsədilə “Mirzəzadə Beauty Center”lə əlaqə saxlayıb. Salondan bildirilib ki, reklamda qeyd olunan qiymətlər kampaniyalar və ya müəyyən xidmət paketlərinə aiddir. Qeyd olunub ki, əlavə prosedurların seçilməsi ümumi məbləğin dəyişməsinə səbəb ola bilər.

Salon rəhbərliyi, həmçinin vurğulayıb ki, xidmətə başlamazdan əvvəl müştərilərə görüləcək prosedurlar və onların qiyməti barədə ətraflı məlumat verilir.


Bənzər xəbərlər