media-e49b8985-1b02-4cb8-a46c-ce1d2a1160e7

İsrail Müdafiə naziri İsrael Katz atəşkəs razılaşması ilə bağlı səylərin dayanmasından sonra Qəzzadakı bufer zonalarının saxlanacağını bildirib.

Patrulaz.az “Yahoo”ya istinadən xəbər verir ki, baş nazir bildirib ki, İsrail Müdafiə Qüvvələri təmizlənmiş və ələ keçirilmiş əraziləri boşaltmayacaq və bu zonalar təhlükəsizlik məqsədilə qorunacaq:
“İsrail Müdafiə Qüvvələri Livan və Suriyada olduğu kimi, Qəzzada da təhlükəsizlik zonalarında qalacaq, -deyə o bildirib.

Nazir qeyd edib ki, bufer zonaları Qəzza zolağının onlarla faizini əhatə edir. Hazırda İsrail qüvvələri Qəzzanın cənubunda, o cümlədən Rəfah şəhərində və “Moraq dəhlizi”ndə mövqe tutub.

Xatırladaq ki, İsrail əməliyyatlar çərçivəsində yüzlərlə HƏMAS döyüşçüsünü zərərsizləşdirdiyini açıqlasa da, BMT və beynəlxalq qurumlar bu prosesin humanitar fəlakət yaratdığını vurğulayır.

Qeyd edək ki, BMT-nin humanitar təşkilatının məlumatına əsasən, martın 18-dən bəri 400 mindən çox fələstinli öz evlərini tərk etməyə məcbur qalıb.

Gülbəniz Səfərova


Bənzər xəbərlər