media-9b98407c-fb99-41fd-9d06-d1fb82afde00

Ukrayna prezidenti Vladimir Zelenski ilk dəfə açıq şəkildə təsdiqləyib ki, Ukrayna ordusu Rusiyanın Ukrayna ilə sərhəddə yerləşən Belqorod vilayətində əməliyyatlar həyata keçirir.

Patrulaz.az “BBC NEWS”a istinadən xəbər verir ki, prezident bu barədə aprelin 7-də etdiyi videomüraciətdə məlumat verib.
O bildirib ki, Ukrayna qoşunları sərhəd bölgələrində fəal əməliyyatlar aparır:
“Biz düşmən ərazisində sərhəd bölgələrində aktiv əməliyyatlar aparmağa davam edirik və bu, tamamilə ədalətlidir, müharibə gəldiyi yerə qayıtmalıdır”, – deyə Zelenski bəyan edib.

O, eyni zamanda, Ukraynanın hələ də nəzarət etdiyi Rusiyanın Kursk bölgəsindəki ərazilərə də toxunub.
Zelenski qeyd edib ki, əsas məqsəd Ukraynanın Sumı və Xarkov vilayətlərini qorumaq və Donetsk cəbhəsində təzyiqləri azaltmaqdır.

Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi daha əvvəl Ukrayna hərbçilərinin Belqorod vilayətinə keçmək cəhdlərini rədd etdiyini və hücumların qarşısını aldığını bildirmişdi.

Qeyd edək ki, hazırda Moskva Ukrayna ərazisinin təxminən 20%-nə nəzarət edir.

Gülbəniz Səfərova


Bənzər xəbərlər