Müştərilərin çayına tüpürən "AZRA" şirniyyat evinin işçisindən və müəssisə rəhbərindən AÇIQLAMA verildi - VİDEO
Xəbər verdiyimiz kimi, Şəki şəhərində fəaliyyət göstərən “AZRA” şirniyyat evində işçi Ayşən Babazadənin müştərilərə çay verməzdən əvvəl stəkana tüpürdüyünü əks etdirən görüntüsünü yaymışdıq.
Patrulaz.az xəbər verir ki, məsələ barəsində müəssisə rəhbəri Etibar Nəsibovdan açıqlama verilib.
Müəssisə rəhbəri açıqlamasında Ayşən Babazadənin şirniyyat evində müştərilərə çay vermək kimi bir məşğuliyyətinin olmadığını, yayılan görüntünün isə yalnız sosial şəbəkədə gördükdən sonra xəbərinin olduğunu bildirib:
“Hadisəni mən də sosial şəbəkələrdən öyrəndim. Ona qədər bizim bundan xəbərimiz yox idi. Həmən günə qədər də bu qızda mənfi bir hərəkət görməmişdim. O özü də təsdiqləyir ki, bunu rəfiqələri ilə zarafat məqsədilə edib. O məsələnin bu dərəcədə rezorans olacağını fikirləşməyib. O burada çay verən olmayıb. Özünün də dediyinə görə bunu rəfiqələrinə zarafat məqsədilə edib”.
Obyekt sahibi, həmçinin müəssisəndə işçisinin etdiyi qeyri-etik hərəkətlə bağlı üzür də istəyib:
“Mən dönə-dönə qızın yerinə sizdən üzr istəyirəm. Xəbər tutan kimi dərhal tədbirimizi gördük və 70-ci maddənin “ç” bəndi ilə işdən azad etdik”.
Sözügedən işçi Ayşən Babazadə də etdiyi əməllə bağlı açıqlamasında şirniyyat evində satıcı kimi işlədiyini, videonu isə rəfiqələrinə zarafat məqsədilə çəkdiyini söyləyib:
“Mən orada satıcı kimi işləyirəm. Yəni, heç bir müştəriyə çay vermək və digər kimi bir haqqım olmayıb. Çayı başqa işçi xanım təqdim edirdi, mən isə sadecə rəfiqəmə həmin çayı zarafat məqsədilə təqdim etmişəm. Həmin çay da təbii ki, rəfiqəmə təqdim olunmayıb. Bu video yalnız qızlar arasında paylaşılıb, sosial şəbəkələrdə də paylaşılmayıb. Özümüzə yaxın bildiyimiz bir qız bunu yayıb”.
Məsələ barəsində DİN-in Mətbuat Xidmətinin Regional Qrupundan da bildirilib ki, sosial şəbəkələrdə yayılan videogörüntülərlə bağlı Şəki Polis Şöbəsində təhqiqat aparılır. Araşdırmasının nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.
Qeyd edək ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilmiş şəxslərin dövlət və özəl sektorda gələcəkdə işə düzəlməsi xeyli çətinləşir, çünki işdən çıxarılma səbəbi rəsmi sənədlərdə göstərilir və yeni işəgötürənlər tərəfindən nəzərə alınır.






