NATO-dan Ukraynaya böyük məbləğdə dəstək…
NATO Ukraynanın təhlükəsizliyini dəstəkləmək üçün 2025-ci ilin ilk üç ayında 20 milyard avro ayırdığını açıqlayıb.
Patrulaz.az “Lenta.ru”ya istinadən xəbər verir ki, NATO-nun baş katibi Mark Rutte, Şimali Atlantika Alyansı ölkələrinin Ukraynanın təhlükəsizliyini dəstəkləmək məqsədilə 2025-ci ilin ilk rübündə 20 milyard avro ayırdıqlarını bildirib: “Təkcə ilk üç ayda 2025-ci il üçün təhlükəsizliyi dəstəkləmək üçün təxminən 20 milyard avro ayrılıb”, – deyə Rutte vurğulayıb.
Xatırladaq ki, NATO ölkələri Ukraynanı dəstəkləməkdə davam edir və bu məbləğ alyansın Ukraynaya yardımını artırmaq məqsədini güdür.
Qeyd edək ki, bundan əvvəl Almaniya və Böyük Britaniyanın NATO-nun mənzil-qərargahında Ukraynaya hərbi təchizat üzrə qrup toplamaq niyyətində olduqları açıqlanmışdı.
Gülbəniz Səfərova