media-inshot_20250829_154832242

Səhərlər yuxudan oyanan kimi ilıq su içmək sadə görünə bilər, amma orqanizm üçün böyük faydaları var.

Patrulaz.az-ın araşdırmasına görə, ilıq su mədə-bağırsaq sistemini oyadır, qəbizlik riskini azaldır və həzmi asanlaşdırır.

O, həmçinin bədənin gecə boyu topladığı toksinlərin xaric olunmasına kömək edir, qan dövranını yaxşılaşdırır və maddələr mübadiləsini sürətləndirir. Ən maraqlısı isə budur ki, səhər ilıq su içmək immuniteti gücləndirir, dərini təravətləndirir və enerjini artırır.

Soyuq su bədəni qəfil şoka sala, isti su isə təzyiqi yüksəldə bilər, amma ilıq su balanslı və sağlam seçimdir. Deməli, günü gümrah və sağlam başlamaq istəyirsinizsə, ilk addımınız bir stəkan ilıq su olmalıdır.

Ləman Sərraf


Bənzər xəbərlər