media-inshot_20260406_102635287

Ölkə ərazisində qeyri-sabit hava şəraiti hökm sürür.

Patrul.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin aprelin 6-sı saat 9:00-a olan məlumatına görə, bölgələrdə intensiv yağış, dağlıq ərazilərdə isə qar yağır. Şahdağda qar örtüyünün hündürlüyü artıq 1 metrdən çoxdur.

Paytaxt və Abşeron yarımadasında son iki gündə düşən yağıntının miqdarı aylıq normanı bir neçə dəfə üstələyərək 390 faizə çatıb. Analoji vəziyyət şimal bölgəsində də qeydə alınıb. Xaçmazda aylıq normanın 311, Qubada isə 174 faizi qədər yağış yağıb.

Güclü külək də həyatı çətinləşdirməyə davam edir. Bakıda və Abşeron yarımadasında küləyin sürəti saniyədə 24 metrə çatır. Sinoptiklər xəbərdarlıq edir ki, bu cür hava şəraiti paytaxtda aprelin 6-sı axşamadək, bölgələrdə isə aprelin 7-si axşamadək davam edəcək.


Bənzər xəbərlər