media-inshot_20260210_160344959

Azərbaycan futbolunda maraqlı transfer xəbəri gəlib: “Qarabağ”ın yarımmüdafiəçisi Nəriman Axundzadə ABŞ-nin “Kolumbus Crew” klubuna keçir. Gənc futbolçunun karyerasında yeni səhifə açılması həm yerli, həm də beynəlxalq futbola diqqəti çəkir.

Bəs, onun “Qarabağ”dan ayrılmasının əsas səbəbi ünvanına səsləndirilən tənqidlər ola bilərmi?

Futbol eksperti Emin Abbasov Patrul.az-a açıqlamasında bildirib ki, Nəriman Axundzadənin Juninyonun getməsindən sonra üzərinə düşən yükü daşıya bilməməsi və mental hazırlıq çatışmazlığı səbəbindən ABŞ-yə keçməsi qaçılmaz oldu:

“Bəli, Nəriman artıq bilirik ki, böyük ehtimalla ayrılıb və ABŞ-nin “”Kolumbus Crew” komandasına keçəcək. Burada hər iki faktor önəmli rol oynayıb.

Birincisi odur ki, mən həmişə deyirəm: – Nəriman Axundzadənin Qarabağdakı problemləri Juninyo-nun getməsindən sonra başladı. Çünki əvvəlcə Juninyo o yükü daşıyırdı, hücumda qol imkanları yaradırdı. Nəriman Axundzadə isə sonradan meydana daxil olurdu fərqlənirdi ya fərqlənmirdi, amma işin əsas hissəsini Juninyo görürdü. O zamanki Juninyo getdi və N. Axundzadə artıq start heyətində əsas oyunçulardan biri oldu. Bütün Juninyodan olan gözləntilər artıq Axundzadənin üzərinə düşdü və təəssüf ki, Nəriman Azərbaycanlımız olsa da, milli komandanın üzvü olsa da, həmin yükü daşıya bilmədi. Məhz buna görə də ciddi tənqidlərlə üzləşdi. Qurban Qurbanov ona kifayət qədər şans verdi, amma gördük ki, xüsusən Çempionlar Liqası oyunlarında özünü tapa bilmir, komandaya xeyir verə bilmir. Haqlı olaraq həm azarkeşlərin, həm də futbol ictimaiyyətinin tənqidinə məruz qaldı və bunu özü də normal qəbul etməlidir. Çünki idmanda, xüsusən futbolda belə bir şey var: dünən yaxşı oynamısan çox sağol, amma bugün də eyni gözləntiləri qarşılamaq lazımdır. Qarşılaya bilmirsənsə, tənqid qaçılmazdır.Kənardan görünən odur ki, Nəriman Axundzadə mental olaraq yüksək hazırlıqlı futbolçu deyil. Depressiyaya meyilli və ya tez depressiyaya düşə bilən oyunçulardandır. Ona görə oyunda süstləşir, performansı alınmır və məncə, bu ayrılıq qaçılmaz idi. Əgər alınmırsa, onu zorla saxlamağa ehtiyac yoxdur. Xaricə getsə, başqa bir ölkədə, başqa bir komandada özünü daha rahat göstərə bilər və bu onun üçün bir şansdır. ABŞ komandası, həm Çempionlar Liqası təcrübəsi, həm də həyat tərzi baxımından ona müsbət təsir göstərə bilər”.

media-inshot_20260210_155631365

Ekspert qeyd edir ki, “Qarabağ” həm maddi qazanc əldə edir, həm də Nəriman karyerasında yeni səhifə açır:

“Səvindirici odur ki, “Qarabağ” bu transferdən həm də maddi uduşdan ayrılır. Mənim məlumatıma görə, bu transfer 1,2 milyon dollar qarşılığında həyata keçiriləcək. “Qarabağ” maliyyə baxımından da Nəriman Axundzadəyə çəkdiyi əziyyətin bir qarşılığını görəcək. Futbolçu həmişə irəli baxmalıdır. Əslində, bu yalnız Nərimanla bağlı vəziyyət deyil. “Qarabağ”da başqa futbolçular da var ki, ictimaiyyət onların xaricə getməsini gözləyir və karyeralarında yeni səhifə açmalarını istəyir. Nərimana yalnız uğurlar arzu edirəm. Dediyim kimi, məncə, bu qərarda həm tənqidlərin rolu olub, həm də vaxtı çatmışdı; o, irəli baxmalı və karyerasında yeni səhifə açmalı idi”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər