media-b62edf1b-e5f4-489e-8202-615b74c6f33c

Nərimanov rayonunda piyadalar üçün nəzərdə tutulmuş səkinin avtomobillər tərəfindən zəbt edilməsi ilə bağlı yayımladığımız xəbərdən sonra məsələ ilə əlaqədar rəsmi açıqlama verilib.

Xatırladaq ki, Patrul.az-ın qaynar xəttinə daxil olan müraciətdə vətəndaş Atatürk prospektində yerləşən obyektlərdən birinin qarşısında avtomobillərin mütəmadi olaraq səkinin üzərində saxlanıldığını bildirmişdi. Müraciətdə qeyd olunurdu ki, bu hal təsadüfi xarakter daşımır və demək olar ki, hər gün təkrarlanır. Həmçinin avtomobilləri saxlayanlar arasında ərazidə fəaliyyət göstərən obyektin əməkdaşlarının da olduğu vurğulanmışdı. Halbuki sözügedən ərazi parklanma üçün deyil, piyadaların sərbəst və təhlükəsiz hərəkəti üçün nəzərdə tutulub.

Məsələ ilə bağlı sorğumuza cavab olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis mayoru Toğrul Nəsirli bildirib ki, qeyd olunan ərazidə nəqliyyat vasitələrini səkidə saxlayaraq piyadaların rahat və təhlükəsiz hərəkətinə maneə yaradan sürücülər barəsində tərəfimizdən qanunamüvafiq tədbirlər görülüb.


Bənzər xəbərlər