Netanyahu: “Qəzza zolağında sürətləri dəyişdik”
İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağında hərbi əməliyyatların genişləndiyini və İsrailin bölgədə yeni təhlükəsizlik dəhlizi inşa edəcəyini açıqlayıb.
Patrulaz.az “The Guardian”a istinadən xəbər verir ki, İsrail ordusu Qəzzada əraziləri nəzarət altına alıb. Netanyahunun sözlərinə görə, İsrail qüvvələri Misir-Qəzza sərhədində yeni bir təhlükəsizlik dəhlizi quraraq bölgəni hissələrə ayırmağı planlaşdırır: “Bu gecə biz Qəzza zolağında sürətləri dəyişdik. İsrail ordusu əraziləri ələ keçirir, terrorçuları vurur və infrastrukturu məhv edir”.
Xatırladaq ki, İsrailin İnsan Haqları Qrupu Gisha-nın məlumatına görə, 2023-cü ilin oktyabrında müharibə başladıqdan bəri İsrail Qəzzanın 62 kvadrat kilometrini – yəni zolağın 17%-ni nəzarət altına alıb.
Qeyd edək ki, Netanyahunun açıqlaması İsrailin müdafiə naziri İsrael Katzın İsrail ordusunun Qəzzanın böyük ərazilərini ələ keçirəcəyi və genişmiqyaslı mülki təxliyə aparacağı barədə bəyanatından sonra səsləndirilib.
Gülbəniz Səfərova