Netanyahu: “Türkiyənin Suriyada hərbi baza qurması İsrail üçün təhdiddir”
İsrailin Baş naziri Binyamin Netanyahu video müraciətində regional təhlükəsizlik və diplomatik münasibətlərə dair mühüm açıqlamalarla çıxış edib.
Patrulaz.az xəbər verir ki, Netanyahu Türkiyənin Suriyada hərbi baza qurmaq planlarına qarşı olduqlarını bəyan edib. Onun sözlərinə görə, bu addım İsrail üçün ciddi təhlükə yaradır və hökumət bu məsələdə adekvat tədbirlər görür.
“Türkiyənin Suriyada hərbi baza qurmaq istəyi İsrail üçün təhlükə yaradır. Biz buna qarşıyıq və ona uyğun hərəkət edirik,” – deyə Netanyahu bildirib.
O, həmçinin ABŞ-nin sabiq prezidenti Donald Trampla münasibətlərə də toxunaraq, “Mənim dostum və eyni zamanda prezident Ərdoğanın dostu olan Trampa ‘Yardımınıza ehtiyacımız olsa, sizinlə danışarıq’ dedim,” – ifadələrini işlədib.
Xatırladaq ki, İsrail ilə Türkiyə arasında münasibətlər uzun müddətdir gərgin olaraq qalır və regional siyasətdə hər iki ölkənin maraqları tez-tez toqquşur.
Gülbəniz Səfərova