media-24698ecd-eb1f-46f2-9fcf-48dde3be37e6

Netanyahu Makronun Fələstini tanımaq təşəbbüsünü kəskin tənqid edib.

Patrulaz.az “Times of İndia”ya istinadən xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu Fransa prezidenti Emmanuel Makronun Fələstin dövlətini tanımağa hazır olduqlarına dair açıqlamasına sərt reaksiya verib.

Netanyahu rəsmi “X” hesabında paylaşım edərək, Makronun bu təşəbbüsünü səhv adlandırıb və İsrailin bu cür qeyri-real illüziyalara əsaslanan yanaşmalara dözməyəcəyini bildirib.

“İsrail varlığını təhlükəyə atan Fələstin dövlətinin yaradılması ilə bağlı mənəvi təbliğatlara boyun əyməyəcək. Biz öz gələcəyimizi təhlükə altına qoymayacağıq”,– deyə Netanyahu bildirib.

Qeyd edək ki, BMT-yə üzv olan təxminən 150 ölkə Fələstini dövlət kimi tanıyır. Lakin ABŞ, Fransa, Almaniya və Böyük Britaniya kimi əsas Qərb dövlətləri hələ də bu tanınmanı reallaşdırmayıb.
İsraili isə Səudiyyə Ərəbistanı, İraq və Suriya kimi ölkələr rəsmi şəkildə tanımır.

Gülbəniz Səfərova


Bənzər xəbərlər