media-inshot_20260407_175809287

“İstanbulda İsrail konsulluğu qarşısında baş verən terror aktı bir neçə mühüm geosiyasi və təhlükəsizlik amilləri fonunda qiymətləndirilməlidir. Hadisənin ilkin ehtimallara görə İŞİD terror təşkilatının üzvləri tərəfindən törədilməsi versiyası, regionda son dövrlərdə artan radikalizm meylləri və Yaxın Şərqdə davam edən gərginliklərlə birbaşa əlaqələndirilir”.

Bu sözləri Patrul.az-a açıqlamasında İnsan Alverinə Qarşı Mübraizə Təşkilatının sədri, politoloq Ramiz Alıyev İstanbuldakı İsrail konsulluğu qarşısında baş verən terror hadisəsi ilə bağlı öz fikilərini bölüşərkən deyib.

Onun sözlərinə görə, İsrail-Fələstin gərginliyi və Türkiyənin regiondakı rolu radikal qrupların diplomatik hədəflərə yönəlməsinə səbəb olur:

“Birincisi, Yaxın Şərqdə, xüsusilə İsrail-Fələstin münaqişəsi ətrafında davam edən qarşıdurmalar radikal qruplaşmalar üçün ideoloji zəmin yaradır. Bu cür təşkilatlar mövcud gərginlikdən istifadə edərək həm tərəfdar toplamağa, həm də beynəlxalq miqyasda diqqət çəkməyə çalışırlar. İsrail diplomatik nümayəndəlikləri isə bu baxımdan simvolik və strateji hədəf kimi seçilir.

İkincisi, Türkiyənin regionda aktiv xarici siyasət yürütməsi və terrorla mübarizədə sərt mövqe nümayiş etdirməsi onu müxtəlif terror təşkilatlarının hədəfinə çevirir. İŞİD kimi qruplaşmalar üçün Türkiyə həm tranzit, həm də hədəf ölkə kimi önəm daşıyır.

Üçüncüsü, belə hücumlar adətən geniş ictimai rezonans doğurmaq və təhlükəsizlik orqanlarının fəaliyyətinə kölgə salmaq məqsədi güdür. Diplomatik obyekt qarşısında törədilən terror aktı həm beynəlxalq münasibətlərə təsir etmək, həm də ölkədaxili sabitliyə xələl gətirmək niyyəti daşıyır”.

media-inshot_20260407_175147954

Mütəxəssis qeyd edir ki, Türkiyənin İstanbul şəhərində baş verən hücum və yaralanmalar təhlükəsizlik tədbirlərinin gücləndirilməsini və mümkün İŞİD əlaqələrinin araşdırılmasını zəruri edir:

“Hadisə nəticəsində əməliyyat zamanı yaralanan polislərin sayının iki nəfərə çatması, hüquq-mühafizə orqanlarının terror təhlükəsinə qarşı operativ müdaxiləsini göstərir. Bununla yanaşı, bu cür hadisələr Türkiyədə təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsinə səbəb olur. Rəsmi qurumların faktla bağlı araşdırmaya başlaması isə hadisənin bütün detalları ilə aydınlaşdırılması və mümkün şəbəkələrin ifşa olunması baxımından mühüm əhəmiyyət daşıyır. Əgər hücumun arxasında həqiqətən İŞİD dayanırsa, bu, təşkilatın hələ də regionda aktiv olduğunu və yeni taktikalardan istifadə etdiyini göstərir. İstanbulda İsrail konsulluğu qarşısında baş verən terror aktı təkcə lokal təhlükəsizlik hadisəsi deyil, daha geniş regional və qlobal kontekstdə qiymətləndirilməlidir. İlkin ehtimallar təsdiqlənərsə, bu hadisə bir daha göstərir ki, beynəlxalq terror şəbəkələri hələ də təhlükə mənbəyi olaraq qalır və dövlətlərin koordinasiyalı mübarizəsi zəruri olaraq davam etdirilməlidir”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər