media-inshot_20260130_223208110

Bu gün İsveçrənin Nyon şəhərində keçirilən UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatma mərasiminin nəticələri açıqlanıb. Məlum oldu ki, “Qarabağ”ın püşkatma öncəsi ehtimal edilən iki əsas rəqibləri – “PSJ” və “Nyukasl”arasında İngiltərə təmsilçiləri ilə qarşılaşmalı olacaq.

Pley-off-u 12-ci yerdən qazanan İngiltərə təmsilçisi “Nyukasl”, “Liverpul”a 6:0 hesabla uduzmasına baxmayaraq ÇL cədvəlinin 22 sırasından pley-off-a vəsiqə qazanan “Köhlən atlar”la doğma meydanda üz-üzə gələcək.

“Qarabağ”ın pley-off-dakı rəqibinin gücü, bu oyundan gözləntiləri və “Liverpul” matçındakı boşluqlar barədə futbol üzrə ekspert Aslan Kərimov Patrul.az-ın suallarını cavablandırıb.

– Püşkatma öncəsi “Qarabağ”ın mümkün iki rəqibi arasında ən güclüsü hansı idi?

– Nisbət baxımından PSJ bizim üçün daha güclü rəqib idi. Şanslarımız bu komandanın qarşısında daha az idi, “Nyukasl” qarşısında isə daha çox ümidimiz var idi. Əgər söhbət Çempionlar Liqasının qrup mərhələsindən sonrakı pley-off səviyyəsindən gedirsə, burada daha güclü rəqiblər var. Mənim fikrimcə, ən güclüsü PSJ idi.

– “Köhlən Atlar”ın “Nyukasl”la matçından gözləntiləriniz nədir? “Qarabağ” “Çelsi” kimi “Nyukasl”ı da əliboş göndərə biləcəkmi?

– “Qarabağ”ın “Nyukasl”la oyundan gözləntilərim, ümid edirəm ki, “Liverpul”la oyundakı kimi olası deyil. İngiltərə meydanındakı “Liverpul” oyunu tamamilə başqa bir səviyyədə idi. “Liverpul”la oyunda bəzi şeylər öz yerini artıq tapmışdı. Yəni, pley-off-u demək olar ki, qarantiləmişdik. “Liverpul” üçün məşqçinin çıxıb-çıxmayacağı məsələsi də var idi və nəticədə oyun böyük hesablı məğlubiyyətlə nəticələndi. Amma “Nyukasl”la “Qarabağ”ın oyunu hesab edirəm ki, belə olmayacaq. İki oyunun nəticəsi olacaq. İlk oyun da evdədir. Futbolda önəmli məqamlardan biri də  rəqib komandanı tanıyımaqdır ki, ona qarşı bəlli tədbir görə biləsən.

– “Nyukasl”ın “Qarabağ” qarşısında gücü nədədir? “Köhlən atlar” nədən ehtiyat etməlidir?

– Təbii ki, bir Premyer Liqa komandasından danışırıqsa, bu sürət və dayanıqlılıq deməkdir. Premyer Liqanın keçirilən oyunlarına nəzər yetirsək, nə qədər böyük sürətin olduğunu görmüş olarıq. Bu oyunlarda futbolçular tez-tez bir-birlərinin qapılarına hücümlar çəkirlər. Hücumlar demək olar ki, heç mərkəzdə keçmir.

Məsələn İspaniya və Fransaya xas olan bəzi gedişatlar var – görürsən ki, bir komanda taktiki baxımından meydanın mərkəzində çoxlu sayda paslar ötürür. Belə olduqda qaçışlar da çox gözə görsənmir. Yəni, oyunçular irəli-geriyə qaçmaq əvəzinə bir-birləri ilə taktiki “beyin müharibəsi” aparırlar.

İngiltərə Premyer Liqasına gəldikdə isə beyinlə yanaşı, həm də “qaçış uğrunda mübarizə” gedir. Bu tempdə oynamaq isə asan deyil. Bu da “Qarabağ” üçün dezavantaja çevrilə bilər.

– “Qarabağ”ın rəqib komandanın ən çox hansı futbolçusundan ehtiyat etməsi lazımdır?

– “Nyukasl”ın Woltemade kimi hücumçuları da var. Almaniya milli komandasının gələcəyini vəd edən bir hücumçudur və belə bir oyunçu Qurban Qurbanovun komandasını müdafiə xəttində narahat edə bilər. Onsuz da “Qarabağ” üçün yan asmalar, standart vəziyyətlər bəlaya çevrilib. Elə “Liverpul”la oyunda “Köhlən atlar” iki qolu da standart vəziyyətlərdən buraxdı. Bu “Qarabağ” üçün növbəti dezavantajdır.

– “Köhlən atlar”ın “Nyukasl” qarşısındakı güclü tərəfini nədə görürsünüz?

– “Nyu-Kasl” komandası balanslıdır, daxili çempionatlarda 9-cu yerdə irəliləyirlər. Amma gücə dayanıqlı futbol nümayiş etdirə bilirlər.

“Qarabağ”ın üstünlüyü isə oyunun ilk dəqiqələrində təhlükəli qol imkanları yaratmaq bacarığıdır. Məsələn, “Liverpul”la oyunda Kamilo Duron ilk dəqiqələrdə təhlükəli qol imkanı yaratmışdı, lakin qol vurulmadı. Bu, “Qarabağ”ın standart hücumları sayəsində istənilən Avropa səviyyəli komandaya qarşı tətbiq oluna bilər. Əgər “Çelsi”yə qarşı olduğu kimi oynaya bilsələr, oxşar nəticə əldə edə bilərlər. Amma “Nyukasl” daha çətin rəqib olacaq.


Bənzər xəbərlər