“Olimpiakos” – “Qarabağ” oyununun hakimləri açıqlanıb
Yunanıstanda yerli “Olimpiakos” və “Qarabağ” komandası arasında keçiriləcək UEFA Avropa Liqası oyununun təyinatları bəlli olub.
Patrulaz.az xəbər verir ki, qarşılaşma Rumıniyadan olan hakimlər briqadasına tapşırılıb.
Baş hakim Radu Petrescu olacaq. FIFA referisinə Radu Ghinguleac və Mircea Mihail Grigoriu köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Marcel Birsan yerinə yetirəcək. VAR-da Catalin Popa, AVAR-da Sebastian Coltescu əyləşəcək.
Qeyd edək ki, Liqa mərhələsinin VIII turunda, yanvarın 30-da baş tutacaq “Olimpiakos” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.