Ölkəsində fövqəladə vəziyyət elan etdi
Tramp ABŞ-də fövqəladə vəziyyət elan edib
Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, Tramp Kubanın kommunist rejiminin fəaliyyətini ABŞ-nin milli təhlükəsizliyi və xarici siyasəti üçün “fövqəladə təhdid” adlandıraraq milli fövqəladə vəziyyət elan edən sərəncam imzalayıb.
Fərmanın əsas yeniliyi ondan ibarətdir ki, sənəd Kubaya birbaşa və ya dolayı yolla neft tədarük edən istənilən ölkədən idxal olunan mallara əlavə tariflər tətbiq etmək səlahiyyəti verir.
Bu qərarın verilməsində məqsəd Kubaya neft tədarük edən ölkələrin mallarına iqtisadi təzyiq göstərməkdir.
Təzyiq mexanizminin əsasını isə Kubanın paytaxtı Havananı enerji resursları ilə təmin etməyə davam edən ölkələrə qarşı tətbiq ediləcək yeni tarif sistemi təşkil edəcək.






