media-662e3e94-3d72-4542-b825-e4aaf6b518f5

NATO-nun baş katibi Mark Rutte, Ukraynadakı müharibənin nəticəsinin qlobal geosiyasi təsirlər yaradacağına və xüsusilə Çinin Hind-Sakit Okean regionundakı fəaliyyətlərinə təsir edəcəyinə diqqət çəkib. Bu barədə Rutte, NATO ölkələrinin xarici işlər nazirlərinin Brüsseldəki iki günlük görüşündə çıxış edib.

Patrulaz.az “Haberglobal”a istinadən xəbər verir ki Rutte Ukraynanın müharibə sonrası vəziyyətinə dair NATO-Ukrayna Şurası formatında keçirilən sessiyadan əvvəl jurnalistlərlə keçirdiyi mətbuat konfransında, “Müharibə təkcə regional deyil, qlobal münaqişəyə çevrilib. Rusiya, Çin və İran arasında qurulan ittifaqlara diqqət etməliyik,” deyə qeyd edib.

Rutte, ABŞ-nin Ukraynadakı müharibənin sona çatması üçün liderlik etdiyi səyləri də təqdir edib və mümkün bir atəşkəsin uzun müddətli və davamlı olmasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, NATO müttəfiqləri 2024-cü ilin ilk üç ayında Ukraynaya 20 milyard avro dəyərində dəstək vermək öhdəliyini alıblar və NATO Kiyevi dəstəkləməkdə davam edəcəyini təsdiqləyib.

Gülbəniz Səfərova


Bənzər xəbərlər