media-inshot_20260721_142757183

Özəl klinikada ölən körpənin zirzəmiyə atılması iddiası ilə prokurorluq araşdırma aparır.

Patrul.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, bəzi sosial media səhifələrində paytaxtın Yasamal rayonu ərazisində yerləşən “Vital Hospital”la bağlı yayılmış məlumatlar üzrə Yasamal rayon prokurorluğunda araşdırma aparılır.

13:35

Bakının Yasamal rayonunda fəaliyyət göstərən “Vital Hospital”da ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı araşdırma başlayıb.

Patrul.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sosial şəbəkədə yayılan məlumat nazirliyin Analitik Ekspertiza Mərkəzinin diqqətindədir:

“Məsələ ilə bağlı araşdırma başlayıb və hüquq-mühafizə orqanları məlumatlandırılıb”.


Bənzər xəbərlər