media-c53590ab-8eb1-44ab-89d6-62ad5460cb54

Pakistan Prezidenti Asıf Əli Zərdari səhhətinin pisləşməsi səbəbindən Karaçi şəhərindəki xəstəxanaya yerləşdirilib.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Zərdari yüksək hərarət səbəbilə Karaçidə yerləşən xüsusi xəstəxanaya aparılıb.

Pakistan Xalq Partiyasının mənbələri onun müalicə aldığını və həkimlərin sağlamlıq vəziyyətini qiymətləndirmək üçün tibbi testlər apardığını bildirib: “Prezident Zərdari müalicə olunur. Həkimlər onun səhhətini dəyərləndirmək üçün lazımi tibbi testlər aparır”.

Xatırladaq ki, Asıf Əli Zərdari 2024-cü ilin mart ayında Pakistan Prezidenti seçilib.

Qeyd edək ki, Zərdarinin yerləşdirildiyi xəstəxanaya giriş məhdudlaşdırılıb. Əraziyə əlavə polis qüvvələri cəlb olunub və təhlükəsizlik tədbirləri gücləndirilib.

Gülbəniz Səfərova


Bənzər xəbərlər