media-3e0ab9d3-365b-4f0d-a239-b07b03325352

Çempionlar Liqası oyunu öncəsi Parisdə Aston Villa və PSJ azarkeşləri arasında qarşıdurma yaşanıb.

Patrulaz.az “Daily Mail”ə istinadən xəbər verir ki, İngiltərənin “Aston Villa” və Fransanın “Paris Saint-Germain” (PSJ) klublarının azarkeşləri arasında şiddətli qarşıdurma baş verib. Hadisə şəhərin mərkəzində yerləşən barların birinin qarşısında qeydə alınıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə tərəfdarların taburet və digər əşyaları bir-birinə atdığı açıq şəkildə görünüb. Sözügedən video “Footy Away Days” səhifəsi tərəfindən “X” platformasında paylaşılıb.

Şahidlərin sözlərinə görə, “şəhərdə xaos hökm sürürdü, polisin müdaxiləsi gecikdi və tərəfdarlar arasında fiziki toqquşmalar baş verdi”.

Hadisənin məhz hansı səbəbdən başladığı dəqiq bilinməsə də, biletsiz qalan azarkeşlərin barlarda toplanması vəziyyəti gərginləşdirib.

Qeyd edək ki, Aston Villa tərəfdarlarına Parc des Princes stadionundakı matç üçün cəmi 2000 bilet ayrılıb. Bu isə o deməkdir ki, təxminən 1000 nəfər biletsiz qalıb və oyunu şəhərin müxtəlif barlarında izləməyi planlaşdırır. Məhz stadiona daxil ola bilməyən bu kütlə qarşıdurma riskini artırıb.

Gülbəniz Səfərova


Bənzər xəbərlər