Parisdə “dondurucu müalicə” faciəyə çevrildi
Parisdə idman zalında krioterapiya seansı zamanı 20 yaşlı qadın həyatını itirib.
Patrulaz.az “The Guardian”a istinadən xəbər verir ki, “On Air” adlı idman zalında bədəni dolduraraq sağaltmaq proseduru zamanı azot sızması nəticəsinə 20 yaşlı işçi həyatını itirib, 30 yaşlı bir müştəri isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hadisə kriyoterapiya kamerasında texniki nasazlıq səbəbindən baş verib. Paris prokurorluğu bildirib: “Ölüm səbəbinin müəyyən edilməsi üçün təhqiqat başladılıb”.
Qeyd edək ki, krioterapiya seansları zamanı maye azotla soyutma proseduru həyata keçirilir. Mütəxəssislər ehtiyat tədbirlərinin ciddi şəkildə qorunmasının vacibliyini vurğulayırlar.
Gülbəniz Səfərova