Park yeri üstündə qalmaqal: qadın sürücüyə hücum edilib- YENİLƏNİB - VİDEO
Patrul.az redaksiyasına videogörüntü təqdim edən vətəndaş Cəlilova Gülgün bildirib ki, Bakı şəhəri Nizami rayonu, Rüstəm Rüstəmov küçəsində avtomobilini park edərkən bir qrup şəxsin təzyiqi ilə üzləşib.
Onun sözlərinə görə, nəqliyyat vasitəsini park edib ərazini tərk etdikdən qısa müddət sonra məhlə sakinləri tərəfindən etirazla qarşılanıb. İddia olunur ki, şəxslərdən biri avtomobilin dərhal ərazidən götürülməsini tələb edib. Gülgün Cəlilova isə qeyd edib ki, park etdiyi yer ümumi istifadədə olan sahədir və hər hansı qanun pozuntusuna yol verməyib.
Bildirildiyinə görə, tərəflər arasında mübahisə daha sonra gərginləşib. Şəxslərin qadına qarşı “oğrusan” kimi ittihamlar səsləndirdiyi və nəticədə insidentin fiziki qarşıdurma həddinə çatdığı iddia edilir.
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
***
Patrul.az-ın əldə etdiyi məlumata görə, hadisə ilə bağlı polis tərəfindən araşdırmalar aparılır.






