Parker Günəşə meydan oxuyur – Yeni rekord!
NASA-nın Günəş zondu yeni rekorda imza atdı.
Patrulaz.az “BBC NEWS”a istinadən xəbər verir ki, NASA-nın Parker Günəş zondu insan tərəfindən yaradılan və Günəşə ən yaxın məsafəyə çatan kosmik gəmi kimi yeni rekorda imza atıb. Aparat Günəşin xarici atmosferindən keçərək ekstremal istilik və radiasiya şəraitində kritik müşahidələr aparıb.
NASA-nın verdiyi məlumata görə, Parker dekabrın 26-da Günəşin arxasında olduğu üçün bir neçə gün ərzində siqnal ötürə bilməyib. Lakin həmin günün sonunda ilk siqnalını Yerə göndərərək uğurlu fəaliyyətini təsdiqləyib. Aparat bu müddətdə saatda 692 min kilometr sürətə çatıb və 980 dərəcə Selsi temperaturuna dözüb. Günəşin səthinə isə cəmi 6,1 milyon kilometr məsafədə yaxınlaşıb.
NASA-nın Parker Günəş zondu üzrə baş elmi işçisi Niki Foks bildirib: “Bu missiya bizə Günəşin fəaliyyəti haqqında əvvəllər bilinməyən detalları öyrənməyə imkan verir. Parker Günəş atmosferini keçərək unikal məlumatlar toplayır”.
Xatırladaq ki, Parker Günəş zondu 2018-ci ildə NASA tərəfindən Günəşi daha yaxından öyrənmək üçün göndərilib.
Qeyd edək ki, Parker Günəş zondu Yerlə Günəş arasındakı məsafənin təxminən 1/24-nə qədər yaxınlaşıb. Bu Yerlə Ay arasındakı məsafədən 16 dəfə daha azdır.
Gülbəniz Səfərova