media-inshot_20251027_104836534

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün artıq reallığa çevrildiyini etiraf edib.

Patrulaz.az xəbər verir ki, bu barədə Paşinyan Ermənistan Milli Assambleyasında 2026-cı il dövlət büdcəsi layihəsinin təqdimatı zamanı çıxış edərkən bildirib.

“Bir daha təsdiq etmək istərdim: 2025-ci il avqustun 8-də imzalanmış Vaşinqton Sülh Bəyannaməsinə uyğun olaraq, Ermənistan və Azərbaycan arasında sülh bərqərar olub,” – deyə Paşinyan vurğulayıb.

Ermənistanın baş naziri həmçinin iki ölkə arasında davam edən sabitlikdən bəhs edib:

“Artıq bir il səkkiz aydır ki, Ermənistan–Azərbaycan sərhədində baş verən atışmalarda bir nəfər də olsun hərbçi həlak olmayıb”.

Gülbəniz Səfərova


Bənzər xəbərlər