media-inshot_20251016_173119046

Ermənistanın baş naziri Nikol Paşinyan “Zəngəzur dəhlizi” ilə bağlı məsələnin artıq aktual olmadığını bildirib.

Patrulaz.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Paşinyan Nazirlər Kabinetinin iclasından sonra keçirilən brifinq zamanı deyib.

Baş nazir, həmçinin Kopenhagendə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünə də toxunaraq bildirib ki, “Zəngəzur dəhlizi” məsələsi məhz bu görüş zamanı müzakirə olunub və nəticə etibarilə rəsmi İrəvan və Bakının bəyanatlarında infrastruktur və kommunikasiya xətlərinin blokdan çıxarılması məsələsi “Trampın yolu” adlandırılan marşrut kontekstində vurğulanıb.

Paşinyan oktyabrın 2-də Kopenhagendə Prezident İlham Əliyevlə görüşündən, eləcə də ümumilikdə Bakı ilə təmaslardan razı qaldığını qeyd edib. O, iki ölkə arasındakı sülh prosesinə də toxunub:

“Ermənistanla Azərbaycan arasında sülh yaranıb və bu, gözardı edilə bilməyəcək bir reallıqdır. Hazırda sülhün institutlaşması prosesi gedir”,- deyə Baş nazir əlavə edib.

Xatırladaq ki, Paşinyan və Prezident İlham Əliyev oktyabr ayında üç dəfə – Kopenhagendə, Düşənbədə və Şarm Əl-Şeyxdə görüşüblər.

Gülbəniz Səfərova


Bənzər xəbərlər