Paşinyan Ermənistan MN-ə göstəriş verdi – “Atəşkəsi pozmayın!”
Ermənistanın baş naziri Nikol Paşinyan Müdafiə Nazirliyinə atəşkəsi pozmamaq üçün dəqiq göstərişlər verib.
“Patrulaz.az” xəbər verir ki, bu barədə o, “Telegram” kanalında məlumat verib.
“Ermənistan müharibəyə deyil, sülhə doğru irəliləyir”, – deyə o yazıb.
Bu, Paşinyanın bu gün sosial şəbəkədə ikinci paylaşımıdır. Bundan əvvəl o, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi layihəsinin razılaşdırıldığını və imzalanmasını gözlədiyini yazıb.