Paşinyan: “İlham Əliyevlə münasibətləri dəyişmək istəyirik”
Ermənistanın baş naziri Nikol Paşinyan “Fox News” telekanalına müsahibəsində Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərin dəyişdirilməsinə çalışdıqlarını bildirib.
Patrulaz.az xəbər verir ki, Paşinyan qeyd edib ki, bir gündə və ya bir ildə bütün vəziyyəti dəyişmək mümkün deyil, lakin dünənki bəyanat göstərir ki, hər iki tərəf – həm o, həm də Azərbaycan Prezidenti İlham Əliyev bu münasibətləri dəyişmək niyyətindədir.
“İlkin sülh sazişi ölkələrimiz arasında dostluq və mehriban qonşuluq münasibətlərinin qurulmasını nəzərdə tutur. Bu, orta və uzunmüddətli məqsəddir və biz onun reallaşmasına fokuslanacağıq,” – deyə Paşinyan əlavə edib.






